cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

"Sevilya" öz meydanında uduzdu

23.09.2019 14:28 Oxundu 505

Bakıda "Qarabağ"a 3:0 hesabi ilə qalib gəldiyi oyundan 3 gün sonra "Sevilya" İspaniya nəhəngi "Real"ı qəbul edib və 0:1 hesabı ilə məğlub olub. Yeganə topu "Qarabağ"ın rəqibinin qapısından oyunun 64-cü dəqiqəsində Kərim Benzema keçirib.
"Seviya"nıb baş məşqçisi Lopedeqi "Real"la oyunda  yenidən ənənəvi heyətə etibar edib. Belə ki, bu oyunda "Qarabağ"la oyunun start heyətində meydana çıxmış futbolçulardan yalnız 4-nə şans verilib, daha 2 oyunçu isə oyuna sonradan daxil olub. Qalan 5 futbolçu, ümumiyyətlə, Bakıya gətirilməyən oyunçular olub.  
Qeyd edək ki, "Sevilya" "Qarabağ"la qarşılaşma ərəfəsində ölkə çempionatında "Alaves"in qonağı olmuş və 1:0 hesabı ilə qalib gəlmişdi. Həmin oyundakı start heyəti, demək olar ki, dəyişilmədən (bir oyunçu istisnadır) "Real"la oyunda da saxlanılmışdır.