şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

"Valverde "Barsa"nı öz stilindən uzaqlaşdırır"
 

24.09.2019 17:26 Oxundu 458
 
"Barselona" prezidentliyinə namizəd Viktor Font bildirib ki, Ernesto Valverde uzun müddət ərzində komandanın baş məşqçisi postunda qala bilməz:
- Valverde yaxşı, vicdanlı, çalışqan bir məşqçidir, lakin onun rəhbərliyi ilə biz öz stilimizdən uzaqlaşırıq. "Liverpul"a məğlub olduqdan sonra onu qovardım, amma indiki rəhbərlər başqa cür hərəkət edirlər. Düşünürəm ki, Ernestonun bu mövsümü başa vurmaq üçün kifayət qədər şansı var. Əminəm ki, "Barsa" yenidən liqanı qazanacaq, amma Çempionlar Liqasında böyük çətinliklər gözləyirəm. Valverde bu mövsümün sonuna qədər postunda bilər, amma uzun müddətli perspektivdə onu "Barselona"nın baş məşqçisi kimi görmürəm -deyə "Mundo Deportivo" Fontdan sitat gətirir.