bazar ertəsi, 25 avqust 2025

BİZİM FUTBOL

Premyer Liqa 2800, I divizion 660 manat cərimələndi

25.09.2019 14:08 Oxundu 403

İntizam komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu:

Premyer Liqa, V tur

 “Səbail” – “Qəbələ” matçında “Qəbələ” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

 “Sumqayıt” – “Sabah” matçında “Sabah” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur. Oyunun 79-cu dəqiqəsində “Sumqayıt” klubunun 70 №-li futbolçusu Mehdi Şərifi ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

 “Neftçi” – “Keşlə” matçında “Keşlə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur. Oyunun 35-ci dəqiqəsində “Neftçi” klubunun 77 №-li futbolçusu Donald Qerye ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

I divizion, IV  tur

 “Sumqayıt-2” – MOİK matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur. Oyunun 76-cı dəqiqəsində MOİK klubunun 6 №-li futbolçusu Ruslan Bayramov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur. “Sumqayıt-2” klubu matçın protokolunu vaxtında tərtib etmədiyinə görə klub 80 manat cərimə olunur.

 “Ağsu” – “Neftçi-2” matçında “Ağsu” klubu matçın protokolunu vaxtında tərtib etmədiyinə görə klub 80 manat cərimə olunur.

 “Qarabağ-2” – “Səbail-2” matçında “Səbail-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

“Turan Tovuz” – “Kəpəz” matçında “Turan Tovuz” klubunun nümayəndəsi oyun öncəsi iclasa gecikdiyinə  görə klub 80 manat cərimə olunur. “Turan Tovuz” və “Kəpəz” klublarının azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiklərinə görə hər iki klub 80 manat cərimə olunur.

III turun MOİK – “Keşlə” matçında MOİK komandası oyunun video yazılışını aparmadığına görə klub 80 manat cərimə olunur.