şənbə, 05 iyul 2025

BİZİM FUTBOL

İlk 5 turun mənzərəsi

25.09.2019 14:59 Oxundu 460


Futbol üzrə Azərbaycan çempionatının Premyer Liqasında 5 tur arxada qalıb. "Qarabağ" bütün parametrlərdə liderdir. Komanda bütün oyunlarda qələbə qazanıb, rəqib qapılarından hamıdan çox - 13 top keçirib, öz qapısından isə hamıdan az - 1 top buraxıb. Hamıdan az qol vuran komandalar "Qəbələ" və "Sabah"dır. Onlar hərəyə cəmi 2 dəfə fərqləniblər. "Qəbələ" öz qapısından hamıdan çox - 10 top buraxıb.

"Sabah" 5 turda qələbə qazanmayan yeganə komandadır.

"Qarabağ"çempionatda uduzmayan yeganə komandadır. Hələlik heç-heçəsi olmayan 2 komanda var: "Qarabağ" və "Sumqayıt".

İlk 5 turda qapılara 43 top vurulub. Orta hesabla hər oyuna 2,5 top düşür. Premyer Liqa komandalarının 50 faizi ("Sumqayıt", "Neftçi", "Qəbələ" və "Sabah" komandaları) birlikdə 12 top vurublar ki, bu da "Qarabağ"ın vurduğu qollardan azdır.

Yalnız "Qarabağ"ın vurduğu qolların ortalama faizi çempionatın ortalama faizini üstələyir. Ağdam klubu hər oyunda orta hesabla 3,25 qol vurub. İkinci yerdə gedən "Səbail" komandasında bu göstərici 1,75-dir. "Qəbələ" və "Sabah" komandalarında bu göstərici ən aşağıdır - 0,5. Hər oyunda vurulan qollarının sayı 1-dən aşağı olan komanda, nə qədər gözlənilməz olsa da, çempionatın favoritlərindən sayılan "Neftçi"dir - 0.75. Digər 5 komandanın məhsuldarlığı 1-dən yuxarıdır.

Vurulan və buraxılan qolların fərqinə görə 3 komanda müsbət saldoya malıkdır: "Qarabağ", "Səbail" və "Keşlə". Ən yaxşı göstərici "Qarabağ"da (+12), ən pisi isə "Qəbələ"dədir (-8).

Bombardirlərin yarışında çoxhakimiyyətlilikdir. 4 futbolçu - İsmayıl İbrahimli ("Qarabağ"), Mehdi Şərifi ("Sumqayıt"), Lorenzo Frutos ("Keşlə"), Mirabdulla Abbasov ("Səbail") - hərəyə 3 qol vurublar.