25.09.2019 17:09
517


"UEFA çətin ki, Avro-2020 formatında Avropa çempionatlarını təşkil etməkdə davam etsin". Bu barədə UEFA İcraiyyə Komitəsinin iclasının ardından keçirilən mətbuat konfransında təşkilatın prezidenti Aleksander Çeferin məlumat verib.
Turnirin 60 illiyi şərəfinə Avropa çempionatı 12 iyun - 12 iyul 2020-ci il tarixində Avropanın 12 şəhərində keçiriləcəkdir. Matçlar Sankt-Peterburq, London, Münhen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda da keçiriləcəkdir.
"Belə bir turnir təşkil etmək bizim üçün böyük bir problemdir. Viza rejimi olan ölkələr var, üstəlik mümkün "Breksit" problemi məsələni qəlizləşdirir. Düşünmürəm ki, bu formatda turnirlər təşkil edək. Rəmzi baxımdan, bu yaxşıdır - turnirin 60 illiyi şərəfinə Avropanın şimalında, cənubunda, qərbində və şərqində oyunlar keçiriləcək. Ancaq bunu hər zaman etmək çox böyük bir problemdir" - Çeferin deyib.