şənbə, 05 iyul 2025

BİZİM FUTBOL

Joze Alesio Da Silva: “Udmaq istəyirsənsə, şanslarından maksimum istifadə etməlisən”

25.09.2019 17:45 Oxundu 469
 
Futzal üzrə Azərbaycan millisi bu gün Rusiyanın Həştərxan şəhərində təşkil edilən Caspian Cup-2019 turnirində son oyununu keçirib. Komandamız Qazaxıstan futzalçıları ilə qarşılaşıb. Görüş rəqibin 5:2  hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində Thaqo Teles və Eduardo fərqlənib.
Oyundan sonra Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva affa.az-a açıqlama verib:
  “Başlanğıcdan razı qaldım. Üç-dörd qol epizodu yaratdıq. Ancaq Thaqo və Kardoso bundan istifadə edə bilmədi. Biz bunları reallaşdıra bilmədik, əvəzində bəxtsiz qollar buraxdıq. Xüsusilə də ikinci qolu qeyd edərdim. Qapımızda ardıcıl iki qol gördükdən sonra sanki uşaqların oyununda eniş yaşandı. Uşaqların oyundan qopmamasına çalışdıq. Fasilədə onlara hesabı unutmağı, yenidən başlamağı tapşırdım. İkinci hissədə biz daha çox qol vurduq, daha yaxşı oynadıq. Təbii ki, bu qələbə üçün yetərli olmadı. Udmaq istəyirsənsə, şanslarından maksimum istifadə etməlisən. Rəqibin qapıçısının oyununu da ayrıca qeyd etmək istərdim.
Dünya çempionatının seçmə mərhələsinin oyunlarına qədər vaxtımız var. Ona qədər heyətimizi tam komplektləşdirəcəyik. Bu turnirin bizə böyük köməyi oldu. Rəqiblərimiz FİFA-nın reytinq cədvəlində üst sıralarda yer alan komandalardır. Onlarla qarşılaşmalar bizə səhvləri görmək, üzə çıxarmaq baxımından əvəzsiz kömək oldu, eyni zamanda təcrübə qazandırdı”.