27.09.2019 15:27
539


"Barselona"nın forvardı Lionel Messi komanda yoldaşı 16 yaşlı Ansu Fatinin oyun barədə fikirlərini bölüşüb:
- Fatinin oyunu xoşuma gəlir. Ona kömək etməyə çalışıram, onu dəstəkləyirəm. Əla oyunçudur, uğur qazanmaq üçün hər şeyi var. Ancaq inanıram ki, onu mənim "Barselona"da oynamağa başladığım dövrdə olduğu kimi, tədricən oyuna alışdıraraq inkişaf etdirmək lazımdır. 16 yaşlı uşağa çox təzyiq etsək istədiyimizi ala bilmərik, odur ki, yavaş-yavaş getmək lazımdır