şənbə, 05 iyul 2025

DÜNYA FUTBOLU

Poqba  həftəyə 600 min funt istəyir

27.09.2019 15:50 Oxundu 599

İngiltərənin "Mançester Yunayted" futbol klubunun yarımmüdafiəçisi Paul Poqba "Yuventus" rəhbərliyinə eşitdirib ki, yalnız həftədə 600 min funt (təxminən  678 min avro) maaş müqabilində transferə razılıq verə bilər.
Tuttosport xəbər verir ki,  bu məbləğ Turin "Yuventus"unun hücumçusu Kristiano Ronaldonun qazancından çoxdur. Bildirilir ki, 26 yaşlı fransız yarımmüdafiəçi yeni müqavilənin şərtlərini müzakirə etmək üçün danışıq masasında oturmağa razılıq verib.
Qeyd edək ki, "Yuventus"dan başqa "Real" da Poqbanı transfer etmək istəyir.
Poqba "MY"-ə 2016-cı ilin avqustunda "Yuventus"dan keçib. "Yunayted"lə yarımmüdafiəçinin hazırkı müqaviləsi 2021-ci ilin yayında bitəcək. Müqavilədə anlaşmanın daha bir mövsüm uzadılması ehtimalı barədə bir bənd də mövcuddur.
"Mançester Yunayted"in heyətində Poqba 147 oyunda 31 qol vurub.