şənbə, 05 iyul 2025

DİGƏR NÖVLƏR

Azərbaycan yığmasının baş məşqçisi dünyasını dəyişdi - FOTO

27.09.2019 15:55 Oxundu 511

Həndbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Hikmət Abdullayev dünyasını dəyişib. 

Cempion.az APA-ya istinadla xəbər verir ki, 63 yaşlı mütəxəssis ürək xəstəliyindən vəfat edib. 
Ölkəmizi avrokubokda təmsil edəcək “Məhsul” klubunun da baş məşqçisi olan Hikmət Abdullayev fəxri bədən tərbiyəsi və idman işçisi idi.
O, bu gün Yasamal qəbiristanlığında dəfn olunacaq.
Allah rəhmət eləsin!