bazar ertəsi, 25 avqust 2025

BİZİM FUTBOL

İK Rauf Əliyevə xəbərdarlıq etdi

01.10.2019 15:32 Oxundu 503

Bu gün AFFA İntizam komitəsinin növbəti iclası keçirilib.
Premyer Liqanın VI turunun “Qəbələ” – “Neftçi” matçı başa çatdıqdan sonra “Neftçi” klubunun 19 №-li futbolçusu Rauf Əliyev azarkeş ilə münaqişəyə girdiyinə görə futbolçuya ciddi xəbardarlıq olunur. "Qəbələ" klubunun azarkeşlərinin davranışına görə kluba ciddi xəbardarlıq olunur.
Bu hallar yenidən təkrarlanacağı təqdirdə ciddi sanksiyalar tətbiq olunacaq.
I divizion, V  tur
 “Səbail-2” – “Zaqatala” matçında “Zaqatala” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
“Qaradağ Lökbatan” – “Qarabağ-2” matçının 89-cu dəqiqəsində “Qarabağ-2” klubunun 45 №-li futbolçusu Rauf Hüseynli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.  Xərək daşıyan uşaqların yaşlarının əsasnaməyə uyğun olmamasına görə (minumum 18 yaş) meydan sahibi klub 80 manat cərimə olunur.
 “Neftçi-2” – “Sabah-2" matçında “Sabah-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur. Xərək daşıyan uşaqların yaşlarının əsasnaməyə uyğun olmamasına görə meydan sahibi klub 80 manat cərimə olunur.
“Kəpəz” – “Ağsu” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
MOİK – “Turan Tovuz” matçında “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur. Oyunun 85-ci dəqiqəsində MOİK klubunun 9 №-li futbolçusu Raul Yaqubzadə aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur. Oyunun 90+5-ci dəqiqəsində MOİK klubunun 98 №-li futbolçusu Ümid Şükürlü ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
MOİK komandası oyunun video yazılışını aparmadığına görə klub 80 manat, matçın protokolunu vaxtında tərtib etmədiyinə görə 80 manat cərimə olunur.