şənbə, 05 iyul 2025

DÜNYA FUTBOLU

AFFA nümayəndələri UEFA seminarında

01.10.2019 15:40 Oxundu 427
 
Oktyabrın 2-dən 4-dək Avstriyanın Vyana şəhərində UEFA-nın bütün üzv assosiasiyalarının nümayəndələrinin iştirakı ilə UEFA-nın “Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play-i” mövzusunda seminarı keçiriləcək.
 AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Sərxan Hacıyev və qrupun baş eksperti Bəhram Dadaşovun iştirak edəcəyi seminarda aşağıdakı mövzular müzakirə olunacaq:
- Ötən lisenziyalaşdırma mövsümünün icmalı
- UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play-i üzrə qaydalarında baş vermiş dəyişikliklər
- UEFA tərəfindən hazırlanmış, Avropanı əhatə edən Lisenziyalaşdırma üzrə statistik hesabatın təqdimatı
- Lisenziyalaşdırma üzrə qərarlar və müvafiq nəticələr