01.10.2019 17:36
535

Bu gün Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kubokunun final matçının ikinci oyunu keçirilib. Qaralarla oynayan Təymur Rəcəbov çinli şahmatçı Dinq Lirenin güclü təzyiqi ilə qarşılaşıb. Rəqib getdikcə təzyiqi artıraraq üstünlüyünü endişplə qədər saxlayıb. Mütəxəssislər partiyanın Rəcəbov üçün uduzulmuş kimi dəyərləndirsələr də həmyerlimiz təslim olmağa tələsməyib. Yeganə gedişlərlə müdafiə olunmağa çalışan Teymur 40-cı gedişdə rəqibini qələbə münasibəti ilə təbrik etmək məcburiyyətində qalıb.
Sabah növbəti partiya keçiriləcək.