cümə, 04 iyul 2025

BİZİM FUTBOL

UEFA Super Kubokundakı hakim Azərbaycan millisinin oyununa təyinat alıb

02.10.2019 14:04 Oxundu 445


Qadınlardan ibarət Azərbaycan millisinin AVRO-2021-in seçmə mərhələsində səfərdə İspaniya yığması ilə keçirəcəyi oyunu üçün hakim təyinatları açıqlanıb.

Qarşılaşma İrlandiyadan olan hakimlər briqadasına həvalə olunub. Referi Paula Brediyə yan xətt hakimləri Mişel O Nil və Olivia Sneyd köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Orla Devani yerinə yetirəcək.

Yan xətt hakimi Mişel O Nil UEFA Super Kubokunda İngiltərənin "Liverpul" və "Çelsi" komandaları arasında keçirilən matçda (2:2, pen 5:4) da iş başında olub.

Qeyd edək ki, oktyabrın 4-də La Korunyadakı "Estadio Municipal de Riazor"da baş tutacaq İspaniya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. ("Report")