cümə, 04 iyul 2025

ŞAHMAT

Dünya Kubokunda tay-breyk

03.10.2019 16:47 Oxundu 469

Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kubokunun final matçının sonuncu oyunu keçirilib Teymur Rəcəbov bu dəfə qaralarla oynayıb. Rəqiblər debütdən sürətlə çıxıblar. Endşplə hər iki şahmatçı eyni sayda piyada ilə çatsa da Teymur bir keçid piyadası ilə  mövqe üstünlüyü qazanıb.  Lakin Çin qrosmeysteri Dinq Liren gedişləri təkrar etməklə heş-heçəyə nail olub. Beləlikə, finalın əsas hissəsi 2-2 hesabl ilə başa çatıb. Qalibi müəyyən etmək üçün tay-breyk keçiriləcək.