cümə, 04 iyul 2025

DÜNYA FUTBOLU

Ermənilərin təxribat törətdiyi Avroliqa matçında “Qarabağ” darmadağınla qalib gəldi - VİDEO

04.10.2019 01:25 Oxundu 772

“Qarabağ” Avroliqanın 2-ci turu çərçivəsində Lüksenburqda “Düdelanj”ın qonağı olub.
Cempion.az xəbər verir ki, oyuna aktiv başlayan Ağdam təmsilçisi rəqibini 4-1hesabı ilə darmadığın edib.
Oyunda qolları, Abulla Zubir, Miçel, Almeyda(p) və Dani Kintana vurublar.
“Düdelanj”ın yeganə qolunu isə Berniye vurub.
Qeyd edək ki, matçın 31-ci dəqiqəsində erməni təxribatı baş verib.
“Qarabağ”ın ikinci qolundan sonra dronla meydanın mərkəzinə qondarma rejimin "bayrağı" gətirilib.
Hakim oyunu dayandırıb və 25 dəqiqə fasilədən sonra matç yenidən davam edib.