çərşənbə, 24 aprel 2024

DÜNYA FUTBOLU

“Milan”ın yeni baş məşqçisi məlum oldu

09.10.2019 14:56 Oxundu 315

Bir neçə gün öncə çalışdırıcısı Marko Campaolo ilə yollarını ayıran “Milan”ın yeni baş məşqçisi məlum olub.
Cempion.az xəbər verir ki, “qırmızı qaralar”ın sükanı arxasına Stefano Pioli keçəcək.
53 yaşlı mütəxəssisin son iş yeri "Fiorentina" olub.
Qeyd edək ki, “Milan” İtaliya A Seriyasında 7 turdan sonra 9 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.