çərşənbə, 08 may 2024

DÜNYA FUTBOLU

UEFA Prezidenti: "Buna görə Azərbaycanın Ermənistanla üz-üzə gəlməsi doğru deyil"

10.10.2019 13:29 Oxundu 442


UEFA prezidenti Aleksandr Çeferin bəzi ölkə komandalarının müxtəlif turnirlərdə üz-üzə gəlməməsinə münasibət bildirib.

Yeniavaz.com Qol.az-a istinadən xəbər verir ki, o, bunu təhlükəsizlik səbəbindən etdiyini deyib:

 "Bizim üçün təhlükəsizlik ən vacib məsələlərdən biridir. Turnirlərimizdən hər hansı biri ilə bağlı qərar verərkən ən birinci təhlükəsizliyi nəzərə alırıq. Rusiya və Ukraynanı, Serbiya və Kosovanı, Ermənistan və Azərbaycanı fərqli qruplara ayırırıq. Hətta İspaniya və Cəbəllütariq də eyni qrupa düşə bilmirlər. Təhlükəsizlik baxımından bu ölkə təmsilçilərinin üz-üzə gəlməsi doğru deyil. Təhlükəsizliklə bağlı suallar və problemlər yarandıqda, milli federasiyalardan təkliflər gəldikdə tədbirlər görürük. Bu qərar hələ ki, belə də davam edəcək".