11.10.2019 16:23
418


"Barselona"nın rəhbərliyi argentinalı hücumçu Lionel Messi ilə yeni müqavilə şərtlərini müzakirə etmək istəyir. "Kadena Ser" nəşrinnin bildirdiyinə görə, kataloniyalılar yenidən Messiyə ömürlük müqavilə təklif etmək niyyətindədirlər. Yeni müqavilənin şərtləri arasında, futboldan ayrıldıqdan sonra Messi adının daha 10 il klubun brendinə aid olması bəndi də var.
Oxşar danışıqlar ötən ilin yazında aparılmış, lakin kataloniyalıların Çempionlar Liqasında çıxışını dayandırdıqdan sonra bu danışıqlar da dayandırılmışdı.