11.10.2019 17:48
411

21 yaşlılardan ibarət Fransa yığmasının müdafiəçisi Dan-Aksel Zaqadu AÇ-2021-in seçmə mərhələsi çərçivəsində Azərbaycan üzərində qazanılan qələbə haqda danışıb.
Cempion.az xəbər verir ki, federasiyanın rəsmi saytına danışan Zaqadu 5:0 hesablı qələbəni bu cür şərh edib: "Yaxşı oyunla, əla nəticə qazandıq. Biz hamımız buna görə şadıq. Seçmə mərhələyə uğurlu start götürmək istəyirdik. Azərbaycanı məğlub edərək məqsədimizə çatdıq. Bu cür qələbələr məni sevindirir. Azərbaycan kimi rəqiblərlə oynamaq çətindir. Çünki onlar çox aqressiv olurlar. Çıxışımızı bu cür mübariz ruhda davam etdirməliyik”.