cümə, 04 iyul 2025

BİZİM FUTBOL

Millimizin rəqibində ciddi itki

11.10.2019 19:00 Oxundu 430


Avro-2020-nin seçmə mərhələsində millimizlə qarşılaşacaq Macarıstan yığması itki ilə üzləşib.
 

Cempion.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Laslo Klaynhaysler cəzalı duruma düşüb. 


O, Xorvatiya ilə (0:3) səfərdə keçirilən qarşılaşmanın 56-cı dəqiqəsində ikinci sarı vərəqə ilə meydandan qovulub. 

 
Qeyd edək ki, Macarıstan yığması oktyabrın 13-də millimizi qəbul edəcək.