11.10.2019 19:25
485
485

Albaniyada legioner həyatı yaşayan Eltun Turabov çempionatın 6-cı turunda “Flamurtari”yə qarşı keçirilən görüşdə zədələnərək oyunu vaxtından əvvəl tərk etmişdi.
Cempion.az xəbər verir ki, zədəsinə görə o, yeddinci turda “Laçi”yə qarşı keçirilən oyunu buraxmalı olmuşdu.
Zədəni sağaldan Turabov iki gün sonra komanda ilə məşqlərə başlayacaq. Onun bir həftə sonra 8-ci tur çərçivəsində keçirilən “Luftetari” ilə görüşdə meydanda olacağı ehtimal edilir.