cümə, 04 iyul 2025

VOLEYBOL

Voleybolçularımız Olimpiya lisenziyasına iddialıdır

11.10.2019 19:10 Oxundu 473


Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi "Tokio 2020" Yay Olimpiya Oyunlarına vəsiqə əldə etmək üçün gələn il yanvarın 7-12-də Hollandiyanın Apeldorn şəhərində təşkil olunacaq təsnifat turnirində iştirak edəcək.

"Tokio 2020"yə vəsiqə əldə etmək üçün 8 ən yaxşı komanda mübarizə aparacaq. Artıq Yay Olimpiya Oyunlarına vəsiqə qazanmış Rusiya, Serbiya və İtaliyanın sonuncu Avropa çempionatın ön sıralarda yer alması  milli komandamızın "səkkizlik"də  yer almasını təmin edib.

Nəticədə turnirdə yeganə lisenziyaya iddia edənlər arasında Hollandiya, Türkiyə, Almaniya, Bolqarıstan, Polşa, Belçika, Xorvatiya ilə yanaşı Azərbaycan millisi də olacaq.