11.10.2019 22:10
416

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Düdelanj" yoxlama oyunu keçirib.
Cempion.az-ın məlumatına görə, Lüksemburq klubu Almaniya üçüncü liqa təmsilçisi "Kayzerslautern"lə qarşılaşıb və 0:4 hesabı ilə uduzub.
Xatırladaq ki, "Düdelanj" ötən həftə Avroliqanın qrup mərhələsinin 2-ci turunda evdə "Qarabağ"a məğlub olmuşdu - 1:4.