11.10.2019 23:00
452

Türkiyə Superliqa təmsilçisi "Dənizlispor"un yeni baş məşqçisi müəyyənləşib.
Cempion.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu vəzifəyə Mehmet Özdilek təyin edilib.
Onunla bu mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, "Dənizlispor" 8 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. Klub rəhbərliyi bir neçə gün əvvəl baş məşqçi Yücel İldizi istefaya göndərib.