bazar, 05 iyul 2026

BİZİM FUTBOL

Zaur Həşimovun "Zirə"də ilk sınağı

12.10.2019 12:49 Oxundu 483



Yığmaların AÇ-2020-nin seçmə mərhələ oyunları ilə əlaqəli milli çempionatlarda yaranan fasilədən istifadə edən "Zirə" bu gün yoxlama oyunu keçirəcək.

 

Cempion.az xəbər verir ki, bugünlərdə Zaur Həşimovu baş məşqçi postuna gətirən qəsəbə klubu "Qəbələ" ilə qarşılaşacaq.

 

BOS-un ehtiyat meydançasında keçiriləcək görüşün start fiti saat 15:00-da veriləcək.