cümə, 04 iyul 2025

BİZİM FUTBOL

"Qəbələ" "Turan Tovuz"un baş məşqçisinə niyə təklif göndərib?

12.10.2019 13:20 Oxundu 596


"Qəbələ" I Divizionda çıxış edən "Turan Tovuz"un baş məşqçisi Azər Bağırova təklif göndərib.


Cempion.az xəbər verir ki Bağırova "Qəbələ"nin məşqçilər korpusunda yer almaq təklif olunub.


Saytımıza açıqlamasında Bağırov özü də bu məlumatı təsdiqləyib. Lakin hələlik "Turan Tovuz" rəhbərliyi ilə bu məsələdə tam razılıq əldə edilməyib.


"Qəbələ"nin bu təklifinin səbəbinə gəlincə. bu komandaa PRO kateqoriyalı məşqçi yoxdur. Daha doğrusu Zaur Həşimovun "Zirə"yə gedişinən sonra bu problem yaranıb. Baş məşqçi Elmar Baxşıyevin PRO kateqoriyası yoxdur. Buna görə də Premyer Liqa oyunlarında onun adının protokola baş məşqçi kimi yazılması mümkün deyil. Qaydalara görə Premyer Liqada baş məşqçi postunu tutan şəxs mütləq PRO kateqoriyasına sahib olmalıdır. Əvvəllər Sənan Qurbanov Elmar Baxşıyev baş məşqçi olsalar da oyunların protokolunda baş məşqçi kimi PRO kateqoriyalı Zaur Həşimovun adı yazılırdı. Onun gedişindən sonra bu problemi həll etmək üçün analoji kateaoriyaya sahib bir məşqçiyə ehtiya yaranıb. Azər Bağırov da məhz PRO kateqoriyalı məşqçilərdəndir.