bazar ertəsi, 25 avqust 2025

BİZİM FUTBOL

Rüfət Dadaşov Bəhreynə vurduğu qoldan danışdı

12.10.2019 15:00 Oxundu 477


Bəhreynlə keçirilən yoldaşlıq oyununda (3:2) komandamızın ilk qolunun müəllifi olan Rüfət Dadaşov bu barədə təəssüratlarını bölüşüb.



Cempion.az xəbər verir ki,  3-cü  Bundesliqa təmsilçisi “Proyssen”də çıxış edən hücumçu “Bild” nəşrinə qısaca açıqlamasında yığmada 6 illik qol həstərinə son qoyduğu üçün sevindiyini deyib: "Nəhayət ki, uzun fasilədən sonra Azərbaycan millisinin heyətində qol vurdum. Macarıstanla qarşıdakı matçda da meydana çıxacağıma ümid edirəm".

Qeyd edək ki, Bəhreynlə görüşdə millimizin heyətində 5-ci qolunu vuran Dadaşov sonuncu dəfə 2013-cü ildə rəqib qapısına yol tapmışdı.