12.10.2019 16:00
440

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - İsveçrə oyununa təyinatlar açıqlanıb.
Cempion.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü serbiyalı hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Novak Simoviç olacaq. Ona xətt hakimləri Svetozar Jivin və Nikola Coroviç köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə Miloş Milanoviç yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 15-də Sumqayıtda "Kapital Bank Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.