cümə, 04 iyul 2025

BİZİM FUTBOL

"Turan Tovuz" Bakıda yeni məkan tapdı

12.10.2019 17:00 Oxundu 1999


Tovuz stadionu təmirə bağlandığından "Turan Tovuz" müvəqqəti olaraq Bakıda məskunlaşacaq.

Cempion.az xəbər verir ki tovuzlular məşqlərini və oyunlarını Şüvəlandakı "AZAL Arena"da keçirmək niyyətindədir.

Məskunlaşmaq üçün paytaxtdakı otellərdən birini seçmək variantı olsa da son anda vəsaitə qənaət üçün 20 yanvar metrosu yaxınlığındakı velotrekin seçildiyini öyrəndik. Müraciət etdiyimiz klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev də böyük ölçüdə xəbərimizi təsdiqlədi: "Daha öncə də Bakı səfərlərimiz zamanı velotrekdə qaldığımız vaxtlar olub. Yəqin ki bu dəfə də sözügedən məkanı seçəcəyik"

Klub rəsmisi boş qalmış baş məşqçi postuna da yaxın günlərdə aydınlıq gələcəyini bildirdi.