cümə, 04 iyul 2025

DÜNYA FUTBOLU

Erdoğan Türkiyə millisini təbrik etdi

12.10.2019 18:00 Oxundu 404



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan milli komandaya təşəkkür edib.

 

Cempion.az xəbər verir ki, dövlət başçısının rəsmi "tvitter" səhifəsində bununla bağlı paylaşım edilib.

 

AÇ-2020-nin seçmə qrup mərhələsi çərçivəsində İstanbulun "Şükrü Saracoğlu" stadionunda baş tutmuş Türkiyə - Albaniya qarşılaşmasının 90-cı dəqiqəsində Cenk Tosunun fərqlənməsi (1:0) və qol sevincini komanda yoldaşları ilə birlikdə əsgər salamı verərək qeyd etməsi Türkiyə prezidentinin diqqətindən yayınmayıb.

 

"Milli birlik və bərabərliyimizi bütün dünyaya göstərdiyimiz bu günlərdə qazandığı qələbə ilə bizləri daha sıx birləşdirən, türk dünyasını sevindirən komandamızı təbrik edirəm. Fransa ilə qarşıdakı oyunda uğurlar arzulayıram!" - yazaraq paylaşım edən Ərdoğan "ay-ulduzlu" komandaya dəstəyini göstərib.