cümə, 04 iyul 2025

ŞAHMAT

14 yaşlı azərbaycanlı şahmatçı dünya çempionu oldu

12.10.2019 18:42 Oxundu 1060


Hindistanın Mumbay şəhərində 14 yaşlılar arasında şahmat üzrə dünya çempionatının qalibi azərbaycanlı olub.


Cempion.az xəbər verir ki, Aydın Süleymanlı hamını qabaqlayaraq birinci yeri tutub.
 

Həmyerlimiz 11 oyunun 7-də qələbə qazanıb, 4-də isə heç-heçə edib. 9 xal toplayan şahmatçımız dünya çempionu olub.
 

Şəhriyar Məmmədyarov da bu uğuruna görə Aydın Süleymanlını təbrik edib. "Əsil ağsaqqal şahmatı göstərərək, bütün rəqiblərindən üstün oldu. Oyunlarını izləyirdim və çox sevinirəm ki, belə rahatlıqla qalib oldu. Özü də harada-harada Hindistanda. Təbrik edirəm" - deyə "Şah" təbrikində bildirib.