cümə, 04 iyul 2025

BİZİM FUTBOL

"Qarabağ" "Sumqayıt"la bacarmadı

12.10.2019 20:15 Oxundu 403



Azərbaycan Premyer Liqa təmsilçiləri "Qarabağ" və "Sumqayıt" milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edərək öz aralarında yoxlama görüşü keçirib.


Cempion.az-ın məlumatına görə, “Azersun Arena”da keçirilən və hər hissəsi 35 dəqiqə olan matç 1:1 hesabı ilə başa çatıb.

 

"Qarabağ" - "Sumqayıt" - 1:1
Qollar:
İlqar Qurbanov, 24 (0:1), Maqaye Geye, 30 (1:1)
 

Qeyd edək ki, "Qarabağ" Premyer Liqada 7 turdan sonra 21 xalla 1-ci, "Sumqayıt" 7 xalla 6-cı pillədə qərarlaşıb.