13.10.2019 13:09
428

Rusiya I divizionunda 17-ci tura start verilib.
Cempion.az xəbər verir ki, həmyerlimiz Kamran Əliyevin şərəfini qoruduğu "Ximki" öz meydanında "Mordoviya"nı böyük hesabla məğlub edib - 4:0.
Start heyətində meydana çıxan Əliyev rəqib qapısından 2 top keçirib.
Bu qələbədən sonra xallarının sayını 37-ə çatdıran "Ximki" turnir cədvəlində 2-ci yeri tutur. Çempionatın lideri "Torpedo"dur.