cümə, 04 iyul 2025

DÜNYA FUTBOLU

Mbappe "Barselona"nın transfer siyahısında

13.10.2019 17:00 Oxundu 443


İspaniya mətbuatı “Barselona”nın mərkəz hücumçu mövqeyinə namizədlərin adlarını açıqlayıb.


Cempion.az “Mundo Deportivo”ya istinadla yazır ki, Luis Suaresin potensial əvəzləyicisi siyahısında 5 oyunçunun adı yer alıb.


Bunlar Killian Mbappe (PSJ), Harri Keyn (“Tottenhem”), Markus Reşford (“Mançester Yunayted”), Roberto Firmino (“Liverpul”) və Lautaro Martinesdir (“İnter”).
 

Klub rəhbərliyinin yaxın gələcək üçün məhz bu hücumçulardan birini transfer etmək istədiyi iddia olunub.