bazar, 24 avqust 2025

BİZİM FUTBOL

Milli macarlara da uduzdu

13.10.2019 22:10 Oxundu 396


Bu gün Avro-2020-nin seçmə mərhələsində növbəti oyunlar keçirilir.


Cempion.az xəbər verir ki, milli komandamız səfərdə Macarıstanla qarşılaşıb.


Bakıda bu rəqibinə 1:3 hesabı ilə uduzan yığmamız səfərdən sərfəli nəticə ilə dönməyə çalışıb. Erkən qol buraxan millimiz 90+3-cü dəqiqədə Bəhlul Mustafazadənin təmiz qolu ilə hesabı bərabərləşdirsə də, görüşün hollandiyalı referisi Dennis Yohan qolu qeydə almayıb. Üstəlik, baş hakim Mustafazadənin əllə oynadığını iddia edərək ona sarı vərəqə göstərib. Beləliklə, oyun macarların qələbəsi ilə başa çatıb - 1:0.


E qrupunun digər oyununda Uels Xorvatiyanı qəbul edəcək. 






13 oktyabr

Avro-2020-nin seçmə mərhələsi

E qrupu
 
20:00. Macarıstan – Azərbaycan - 1:0
Qol: M.Korhut, 10
Baş hakim: Dennis Yohan Hiqler (Hollandiya).
Budapeşt. “Qrupama Arena” stadionu.
 
1. Xorvatiya
 
6 4 1 1 13:5 13
2. Macarıstan 7 4 0 3 8:9 12
3. Slovakkiya 6 3 1 2 10:8 10
4. Uels 5 2 1 2 5:5 7
5. Azərbaycan 6 0 1 5 5:14 1