13.10.2019 23:19
471


Avro-2020-in seçmə mərhələsində keçirilmiş Macarıstan – Azərbaycan oyunundan sonra keçirilən mətbuat konfransında Macarıstan millisinin baş məşqçisinin Marko Rossi bəxtlərinin gətirdiyini deyib:
“75 dəqiqəni yaxşı keçirdik, sonra isə yorulduq. Rəqib bundan yararlanaraq qol vurdu. Xoşbəxtlikdən qol sayılmadı. Orada nə baş verdiyini görmədim. Bəxtimiz gətirdi. Azərbaycan komandasəna hörmətlə yanaşmaq lazımdır. Onlar Xorvatiya ilə 1:1 hesablı heç-heçə ediblər, Uelsə son dəqiqələrdə qol buraxaraq uduzublar”