cümə, 04 iyul 2025

BİZİM FUTBOL

Rusiyalı şərhçi: "Hakim Azərbaycanın xalını əlindən aldı"

13.10.2019 23:34 Oxundu 475


"Əgər seçmə mərhələ oyunlarına VAR tətbiq olunsaydı, Azərbaycan bu oyundan xalla ayrılardı". Cempion.az saytı bildirir ki, bu sözləri  Rusiyanın Matç.tv kanalında Macarəstan -Azərbaycan matşını şərh edən Elvin Kərimov deyib.

Matç.tv kanalında Avropa çempionatının seçmə qrup mərhələsində yığmamızın Macarıstanla oyununu şərh edən Kərimov son dəqiqlərdə millimizin vurduğu qola münasibət bildirərək deyib ki, macarların qazandığı qələbə şübhəli oldu, bu, artıq qalmaqaldır.  Onun sözlərinə görə, əgər seçmə mərhələ oyunlarına VAR tətbiq olunsaydı, yığmamızın qolu hesaba alınardı: "Təkrardan açıq-aydın görünür ki, Mustafazadə topa əllə toxunuş etməyib. Qol hesab alınmalıdı. Bununla da hakim Azərbaycanın xalını əlindən aldı".

Qeyd edək ki, yığmamız Macarıstanla səfər matçından minimal hesabla məğlub olub - 0:1.