14.10.2019 12:02
610


Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Macarıstan yığmasına səfərdə 0:1 hesabı ilə uduzduğu oyunda oyunun son dəqiqələrində vurduğu, lakin hakimin qeydə almadığı qola verilən reaksiyalar, yəqin ki, bir neçə gün davam edəcək. Sayılmayan qolun müəllifi Bəhlul Mustafazadə də report.az-a verdiyi müsahibədə bu epizoda münasibətini bildirib:
- Həmin epizodda top əlimə dəyməmişdi. Qol ləğv ediləndə, elə bildim ofsayddır. Ancaq sonra gördüm ki, əl ilə oyun qeydə alıb. Baş hakimin səhvə yol verdiyini bilirdim. Amma əlimizdən bir şey gəlmirdi. Referi artıq qərarını vermişdi. Toparlanmaq lazım idi. Top yüz faiz əlimə dəyməmişdi. Qol sayılmadığı üçün təəssüf edirəm. Heç-heçə ola bilərdi.