14.10.2019 14:17
451

AVRO-2020-nin seçmə mərhələsinin IX turunda Azərbaycanla qarşılaşacaq Uels millisi itki ilə üzləşib.
Cempion.az xəbər verir ki, Böyük Britaniya təmsilçisi noyabrın 16-da keçiriləcək qarşılaşmada Co Allenin xidmətindən yararlana bilməyəcək.
Buna futbolçunun cəzalı duruma düşməsi səbəb olub. Xorvatiya yığması ilə görüşdəki (1:1) sarı vərəqə Allenin 3-cü xəbərdarlığıdır.
“Stok Siti” klubunun 29 yaşlı yarımmüdafiəçisi martın 24-də Slovakiya (1:0), sentyabrın 6-da Azərbaycanla (2:1) ev görüşlərində də cəzalanmışdı.