cümə, 04 iyul 2025

BİZİM FUTBOL

RƏSMİLƏŞDİ: Mİllimiz qrupu sonuncu yerdə bitirəcək

14.10.2019 15:20 Oxundu 451


AÇ-2020-nin seçmə mərhələsində 8-ci turun oyunlarına start verilib. Azərbaycan millisi Budapeştdə Macarıstan yığmasına 0:1 hesabı ilə uduzub. E qrupunun digər görüşündə Uels Xorvatiya ilə 1:1 hesablı heç-heçə edib.



Cempion.az xəbər verir ki, bu nəticələrdən sonra Azərbaycan millisinin qrup sonuncusu olacağı dəqiqləşib.
 

Seçmə mərhələsinin sona çatmasına 2 tur qalmış Nikola Yurçeviçin yetirmələri 1 xalla sonuncu - 5-ci yerdə qərarlaşıb. 4-cü yerin sahibi Uelsin 8 xalı var.
 

Azərbaycan millisi növbəti iki oyununu Uels və Slovakiyaya qarşı keçirəcək.