14.10.2019 16:25
385

"Son 20 dəqiqədə passiv oynadıq. Yəqin ki, bu, hesaba görə idi".
Cempion.az xəbər verir ki, bu sözləri Macarıstan millisinin qapıçısı Peter Qulaçi AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycanla oyunundan sonra yerli mətbuata açıqlamasında deyib.
Minimal hesablı qələbəni şərh edən qolkiper Uelslə qarşıdakı matça da toxunub: "Ümid edirik ki, Kardiffdə digər səviyyəli komanda ilə görüşdə də istədiyimiz nəticəni əldə edəcəyik. Onları evdə təəccübləndirə bilmişik. Ancaq Uelsdə bu qədər qol şansımızın olacağını düşünmürəm".