cümə, 04 iyul 2025

GÜLƏŞ

Güləşçilərimiz Dünya Çimərlik Oyunlarında

14.10.2019 17:17 Oxundu 492


Qətərin paytaxtı Dohada ilk Dünya Çimərlik Oyunlarına start verilib. 


Cempion.az xəbər verir ki, Oyunlar çərçivəsində çimərlik güləşi üzrə yarış oktyabrın 14-15-də keçiriləcək.
 

Oyunlarda ölkəmizi məşqçi Nazim Əlicanovun rəhbərliyi ilə Pənah İlyaslı (70 kq), İbrahim Yusubov (80 kq), Kənan Əliyev (90 kq) və Oyan Nəzəriani (+90 kq) təmsil edəcək.
 

Bu gün Pənah və Kənan, sabah isə İbrahimlə Oyan qələbə uğrunda mübarizə aparacaq. Reqlamentə əsasən, hər çəkidə iştirakçılar əvvəlcə 2 qrupa bölünür. Hər qrupda ilk iki yeri tutan güləşçilər yarımfinala vəsiqə qazanacaq.