
14 xalla E qrupuna liderlik edən Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç AÇ-2020-nin Macarıstanla oyununu şərh edib.
Cempion.az xəbər verir ki, Uelslə 1:1 hesablı görüşdən sonra jurnalistlər qarşısına çıxan 52 yaşlı mütəxəssis Azərbaycanla bir tur əvvəlki oyunu xatırlayıb.
"Bugünkü oyun da Macarıstan və Azərbaycanla qarşılaşmalara bənzədi - görüşə yaxşı başladıq, topa nəzarət etdik, qol vurduq, lakin üstünlüyümüzü saxlaya bilmədik. Nəticədən narazıyam. Qrupun son matçını olduqca vacib hesab edirəm".
Xorvatlar qrupun son oyununu noyabrın 16-də evdə Slovakiyaya qarşı keçirəcəklər. 12 xalla ən yaxın izləyiciləri Macarıstan isə səfərdə qrupdan çıxmaq imkanlarını saxlayan Uels millisinin qonağı olacaq. Britaniyalıların rəqiblərdən fərqli, 2 oyunları qalır.