cümə, 04 iyul 2025

BİZİM FUTBOL

"Qarabağ"ın legioneri sıradan çıxdı

14.10.2019 20:35 Oxundu 434


"Qarabağ"ın futbolçusu Faysal Rerras üç həftəlik sıradan çıxıb.



Cempion.az-ın məlumatına görə, buna səbəb belçikalı müdafiəçinin Azərbaycan Premyer Liqasının 7-ci turunda "Sabah"la matçda (2:0) zədələnməsidir.

 

Bu isə o deməkdir ki, F.Rerras ölkə çempionatında "Qəbələ" (19 oktyabr), "Səbail" (28 oktyabr) və Avroliqanın qrup mərhələsində APOEL-lə ev görüşünü (24 oktyabr) buraxacaq.