cümə, 26 aprel 2024

BİZİM FUTBOL

"Xəzər Lənkəran"ın stadionu niyə boş qalıb?

15.10.2019 11:00 Oxundu 696


Bir vaxtlar "Xəzər Lənkəran"ın ev oyunlarını keçirdiyi Lənkəran Şəhər Stadionu uzun müddətdir ki, boş qalıb. Baxmayaraq ki, arenanın və qazonun vəziyyəti normaldır. Elədirsə stadion niyə boş qalıb?
Cempion.az-a açıqlama verən stadionun direktoru və "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun sözlərinə görə oyunla bağlı onlara müraciət edən yoxdur.
Baxmayaraq ki, Cənub bölgəsindən bir neçə komanda "Region Liqası"nda mübarizə aparacaq. Klub rəsmisinin sözlərinə görə, AFFA "Xəzər Lənkəran"ın uşaq komandalarına da ev oyunlarını doğma stadionda keçirməyə imkan vermir və zona üzrə yarışları Lənkəran Olimpiya Kompleksinin stadionuna salır.