cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

"Lion"da yeni baş məşqçi

15.10.2019 11:28 Oxundu 399


"Lion"un yeni baş məşqçisi müəyyənləşib.

Cempion.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu vəzifəyə "Marsel"in sabiq çalışdırıcısı Rudi Qarsiya təyin edilib.  O, istefaya göndərilən Silvonyonu əvəzləyib.
Fransa mətbuatı 55 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalandığını yazıb.
Qeyd edək ki, "Lion" Fransa Liqasında 9 turdan sonra 9 xalla 14-cü pillədə qərarlaşıb.