cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

İsveçrə U-21-i millimizlə oyuna ciddi itki ilə çıxacaq

15.10.2019 13:48 Oxundu 395


U-21 yığmamız sabah AÇ-2021-nin seçmə mərhələsi çərçivəsində İsveçrə ilə qarşılaşacaq. 
Cempion.az xəbər verir ki, isveçrəlilər Azərbaycanla oyunöncəsi önəmli futbolçulardan birini itirib.
İsveçrə yığmasının üzvü Noa Okafor Gürcüstanla(2:1) matçda zədələndiyinə görə Azərbaycanla matçda meydanda olmayacaq.
Azərbaycan U-21 yığmasının isveçrəli həmyaşıdlarına qarşı oyunu oktyabrın 15-də Sumqayıtdakı “Kapital Bank Arena”da 20:00-da start götürəcək.