cümə, 04 iyul 2025

BİZİM FUTBOL

Millinin ən yaxşıları: Almeyda, Ramil, Bəhlul

15.10.2019 16:46 Oxundu 468


Avro-2020-nin seçmə mərhələsində iştirak edən futbolçuların performans göstəriciləri açıqlanıb.

Cempion.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvləri arasında ən yuxarı indeksə Ramil Şeydayev malikdir. 587 xalı olan  23 yaşlı hücumçu ümumi sıralamada 171-cidir.
Riçard Almeyda millinin ikincisidir. O, 486 xalla 239-cu sırada qərarlaşıb.  Bəhlul Mustafazadə isə millinin 3-cü ən yaxşı futbolçusudur. 22 yaşlı müdafiəçi 461 xalla 261-cidir.
Qeyd edək ki, ümumi siyahının ilk pilləsində 2541 xalla Hollandiya millisinin futbolçusu Memfis Depay yer alıb.