15.10.2019 18:13
431


"Barselona" komandanın 16 yaşlı yarımmüdafiəçisi Ansu Fati ilə müqavilədə transfer miqdarını artırmaq niyyətindədir.
Hazırda Fati müqaviləsindəki bənd 100 milyon avrodur. Belə bir gənc oyunçu üçün bu böyük bir məbləğdir, amma Avropa futbolunun nəhəngləri bu məbləği ödəyə bilərlər. Buna görə də "Barselona" transfer məbləğini 200 milyon avroya qaldırmaq istəyir.
2019/20 mövsümündə Ansu Fati "Barselona" nın əsas komandası üçün 6 oyun keçirib, bu görüşdə 2 qol vurub və 1 qol ötürməsi edib.