16.10.2019 00:12
426


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.
Cempion.az xəbər verir ki, 2-ci qrupda yer alan Milan Obradoviçin komandası evdə İsveçrə yığması ilə qarşılaşıb. “Sumqayıt Arena”da keçirilən görüş qonaqların qələbəsi ilə başa çatıb - 1:0.
Qeyd edək ki, ilk turda Lixtenşteynə uduzan (0:1) millimiz Slovakiya üzərində qələbə qazansa da (2:1), son iki oyunda Gürcüstana 0:3, Fransaya 0:5 uduzub.
15 oktyabr
20:00. Azərbaycan U-21- İsveçrə U-21 - 0:1
Qol: N.Bayrami, 33
Baş hakim: Novak Simoviç (Serbiya)
“Sumqayıt Arena”
1.
|
İsveçrə | 3 | 3 | 0 | 0 | 8:1 | 9 |
2. | Gürcüstan | 3 | 2 | 0 | 1 | 8:2 | 6 |
3. | Fransa | 1 | 1 | 0 | 0 | 5:0 | 3 |
4. | Slovakiya | 2 | 1 | 0 | 1 | 5:4 | 3 |
5. | Lixtenşteyn | 4 | 1 | 0 | 3 | 3:13 | 3 |
6. | Azərbaycan | 5 | 1 | 0 | 4 | 2:11 | 3 |